Rusiyanın Ukraynaya hərbi hücumu başlayan gündən dünya ulduzları Ukraynaya dəstəkləri ilə gündəmə gəliblər.
Kulis.az xəbər verir ki, bu dəfə məşhur Amerika rok qrupu Bon Jovi bunla bağlı paylaşım edib. Onlar tvitter hesablarında Odessadan çəkilən video yayımlayıblar.
Onlar "It’s my life" mahnısını küçədə ifa edirlər. "Bu, öz vətəni üçün dayananlar üçündür. Odessa, Ukrayna... Ukraynanı Allah qorusun" deyə, onlar videoya yazıblar.