Afət Fərmanqızından şok açıqlama: "Floranı tanımıram"

Afət Fərmanqızından şok açıqlama: "Floranı tanımıram"
20 may 2020
# 11:55

“Kimdi Flora nə işinə baxır xahiş edirəm bilən yazsın”

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimova haqqında deyib. Bir müddət əvvəl Xalq artisti ilə müğənni arasında yaranan qalmaqal yenidən gündəmə gəlib. Afət Fərmanqızının Flora Kərimovadan üzr istəməsi ilə bağlı məlumatlar yayılıb. Müğənni “İnstaqram” səhifəsində bu məsələyə aydınlıq gətirib.

O Xalq artistinin ünvanına sərt sözlər söyləyərək onu tanımadığını qeyd edib: “Mən heç dədəmdən üzr istəmirəm. Kimdi o? Soyadını da xatırlamıram. Flora nəmənəyeva. Kimdi nə işlə məşğuldur bilmirəm. Bilənlərdən xahiş edirəm məlumat yazsın mənə. Ayıb olsun bu xəbəri yayanlara”.

# 2899 dəfə oxunub

Müəllifin son yazıları

# # #