7-ci Kino Kraliçası Müsabiqəsinin qalibi bəlli oldu

7-ci Kino Kraliçası Müsabiqəsinin qalibi bəlli oldu
12 iyul 2025
# 12:16

7-ci Kino Kraliçası Müsabiqəsinin qalibi elan olunub. "Miray Cruises"in ev sahibliyi etdiyi Yunan adalarına təşkil olunan kruiz turu çərçivəsində keçirilən yarışmada "Kinonun Kraliçası" titulu 20 yaşlı universitet tələbəsi Ecrin Sayğına verilib.

Kulis.az xəbər verir ki, münsiflər heyətində tanınmış simaların yer aldığı yarışmada Tuğba Gürellier ikinci, Cənnət Külekçi isə üçüncü yerin sahibi olub.

Kraliça seçilən Ecrin Sayğın və tac qazanan digər iki gözəl Tümay Özokur Akademiyasından aktyorluq təhsili almaq hüququ əldə edib.

Qeyd edək ki, iş xanımı Menekşe Kankavi birinci yerin qalibinə 20 min TL pul mükafatı təqdim edib.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

# # #