“Çəkişmə” oyunu haram elan olundu

“Çəkişmə” oyunu haram elan olundu
28 yanvar 2014
# 13:18

Türkiyədə Dini Qurumlarla iş üzrə qurum “çəkişmə” oyununda mərci uduzanın nəsə ödədikdə bu oyunun “qumar” sayıldığını bildirərək “çəkişmə”nin haram olduğunu bildirib.


Kulis.Azın "Hurriyet.com.tr" saytına istinadən verdiyi məlumata görə çəkişmə ilə bağlı fətvada belə deyilir:

Tərəflərdən birinin qalib gəlib digərinin uduzması ilə nəticələnən bütün bəxt oyunları qumara bərabər tutulduğuna görə haram hesab olunur. Qarşı tərəf qarşılıqsız olaraq uduzarkən, digər tərəf də buna layiq olmadan qalib gəlir.

Bu xüsusiyyətləri daşıyan çəkişmə oyunu da bir növ qumar kimidir. Bu səbəblə uduzanın qazanana bir şey verməsi şərti ilə çəkişmə oyunu oynamaq caiz deyil. Sadəcə əyləncə məqsədi ilə oynanılmasında isə pis bir şey yoxdur.

# 3055 dəfə oxunub

Müəllifin son yazıları

# # #