22 yaşlı məşhur reper hava limanında öldü

22 yaşlı məşhur reper hava limanında öldü
9 dekabr 2019
# 15:39

Dünyaca məşhur reper Juice WRLD Çikaqodakı hava limanında ölüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı reper infarktdan dünyasını dəyişib. Kaliforniyadan Çikaqoya uçan reperin uçuşdan sonra hava limanında qəfil halı pisləşib. Ağzından qan açılan reper təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümükün olmayıb.

Qeyd edək ki, Juice WRLD 2018-ci ildə pillələrdə daima birinci yer tutan “Lucid Dreams” mahnısından sonra məşhur olub.

# 2209 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #