2023-cü il Kann Film Festivalının münsiflər heyəti açıqlanıb.
Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Festivalın münsiflər heyətinə The Triangle of Sorrow filminin rejissoru Ruben Östlund rəhbərlik edib. Kinematoqrafa aktrisa Bri Larson (Kapitan Marvel), aktyor Paul Dano (The Sopranos), mərakeşli rejissor Maryam Tuzani, fransız aktyor Denis Menoche, britaniyalı-zambiyalı ssenarist və rejissor Rungano Nyoni, əfqan yazıçısı Atik Rahimi, argentinalı rejissor və ssenarist Damian qoşulub.
Münsiflər heyəti “Qızıl Palma budağı”nı müsabiqədə iştirak edən 21 filmdən birinə verəcək.
Qeyd edək ki, mükafatlar mayın 27-də festivalın bağlanış mərasimində elan olunacaq.