Hörüyün əlimdə təsbeh əvəzi - Salam Sarvan

Hörüyün əlimdə təsbeh əvəzi - Salam Sarvan
7 noyabr 2023
# 16:40

Kulis.az Salam Sarvanın "Hörüyün əlimdə təsbeh əvəzi…" şeirini təqdim edir.

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.

# 688 dəfə oxunub

Müəllifin son yazıları

# # #