200 ildən sonra Rembrandtın 2 portreti tapıldı

200 ildən sonra Rembrandtın 2 portreti tapıldı
15 may 2023
# 11:55

İncəsənət tarixçilərinə məlum olmayan və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyən Rembrandt tərəfindən çəkilmiş iki portret şəxsi sənət kolleksiyasında 200 il saxlandıqdan sonra aşkar edilib.

Kulis.az Financial Times-a istinadən xəbər verir ki, Rembrandtın rəsmlərinə Christie's hərrac evinin mütəxəssisləri dəyərləndirmə apararaqrast gəliblər.

Christie's rəsmləri təhlil üçün Amsterdamdakı Rijksmuseum-un ekspertlərinə göndərilib, onlar maddi-texniki və bədii-tarixi araşdırma aparıb və Rembrandtın müəllifliyini təsdiqləyiblər. Qeyd olunur ki, təhlillər və araşdırmalar apardıqdan sonra hərrac evi portretləri orijinal kimi tanıyıb. İki rəsmin təxmini dəyəri 5-8 milyon avro olub.

Ehtimal olunur ki, rəsmlərdə rəssama tanış olan evli cütlük - Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.

# 805 dəfə oxunub

Müəllifin son yazıları

# # #