Klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr olunan kitabın tərtibçiləri – Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları – Rəbiqə Nazimqızı və Şəfiqə Quliyevadır.
Kitabın ön sözünün müəllifi Etimad Başkeçiddir.
Qeyd edək ki, lüğət – humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Baku Book Center”, “Çıraq” kitab evi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi, Azərbaycan Dillər Universitetinin satış köşkü.