"20 Yanvarda doğulanlar" adlı bədii-sənədli filmin treyleri yayımlandı

"20 Yanvarda doğulanlar" adlı bədii-sənədli filmin treyleri yayımlandı
10 yanvar 2023
# 18:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, ASCO-dan filmin ssenarisinin hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazıldığı bildirilib. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər. Bədii-sənədli filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi yanvarın 20-də İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.

# 1718 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #