Gənc yazardan yeni roman

Gənc yazardan yeni roman
11 fevral 2020
# 16:46

Azərbaycan dilində ilk qorxu janrı olan “Sancaqlı kölgələr və Leyla Xuni ” romanının müəllifi Xanın fentezi romanı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Köhlən” nəşriyyatında çap olunan romanın adı “Qızılbaşlar: Oyanış”dır.

Gənc müəllif kitab haqda bunları bildirib:

“Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmaqla kifayətlənməyib bütün qüvvəsi ilə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan fantastik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Oxuduqca gözləriniz qarşısında film kimi canlanacaq. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların dini inanclarını qətiyyən bizim dünyamızla müqayisə etməyin. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur”.

Kitabın redaktoru Sərxan Vahabovdur.

Qeyd edək ki, roman 500 nüsxə ilə nəşr edilib.

# 3134 dəfə oxunub

Müəllifin son yazıları

# # #