96 yaşlı amerikalı müğənni Toni Bennet (əsl adı Entoni Dominik Benedetto) vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi uzun müddət alzheimer xəstəliyi ilə mübarizə apardıqdan sonra Nyu-Yorkda dünyasını dəyişib. Bennettə 2016-cı ildə alzheimer xəstəliyi diaqnozu qoyulub.
O, 70-dən çox albom buraxıb və 19 "Grammy" mükafatı qazandırıb.
Yaradıcılıq karyerası ərzində ifaçı müxtəlif dünya ölkələrində 50 milyondan çox albom satmağı bacarıb.