19-cu Akbank Qısa Film Festivalı başlayır

19-cu Akbank Qısa Film Festivalı başlayır
25 aprel 2023
# 13:30

2-12 may tarixləri arasında 19-cu Akbank Qısa Film Festivalı baş tutacaq.

Kulis.az xəbər verir ki, 71 ölkədən 2237 qısametrajlı filmin müraciət etdiyi Akbank Qısa Film Festivalı Festival qısaları, Dünyadan qısalar, Gənc baxışlar, Qısadan-uzuna, Təcrübələr, Sənədli film, Perspektiv, Xüsusi nümayiş və Forum hissələrindən ibarət olacaq.

Dünya festivallarında göstərilmiş filmlərlə birlikdə Türkiyədə premyerası baş tutacaq filmlərin yer aldığı festivalda 36 ölkədən 88 qısametrajlı və 3 tammetrajlı film tamaşaçılarla görüşəcək.

Xatırladaq ki, festivalın "Təcrübələr" hissəsinin qonağı dünya kinosunun parlaq simalarından olan norveçli rejissor Jonas Matzow Gulbrandsen olacaq.

# 733 dəfə oxunub

Müəllifin son yazıları

# # #