Alber Kamyunun “Yad” romanı Güney Azərbaycanda işıq üzü görüb.
Kulis.az xəbər verir ki, ərəb əlifbası ilə nəşr olunan kitabın tərcüməsini tanınmış tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusifli edib.
Qeyd edək ki, kitab Binab şəhərində yerləşən “Parlaq Qələm” nəşriyyatında çap olunub.