“Vəhşi Mələk” serialı ilə dünyada məşhurlaşan Latın Amerikalı müğənni və aktrisa Natalia Oreironun həyatından bəhs edən sənədli film Netflix rəqəmsal yayım platformasında yayımlanacaq.
Kulis.az xəbər verir ki, bu barədə aktrisanın özü İnstaqram səhifəsində məlumat paylaşıb. O, qeyd edib ki, “Bizim Nataşa” adlanan sənədli film avqustun altısında Netflix rəqəmsal yayım platformasında yayımlanacaq.
Qeyd edək ki, rejissor Martin Sasterin çəkdiyi filmin çəkilişləri əsasən Uruqvay, Argentina və Rusiyada aparılıb.
- Selincerdən film çəkildi - FRAQMENT
- Ehsan süfrəsi, plastik stullar, çil-çil xala
- Azərbaycan musiqisinə həsr olunmuş kitab ABŞ-da çap olundu
Filmdə həmçinin Oreironun valideynləri, bacısı, əri, dostları ilə söhbətlər yer alıb. Aktrisanın şəxsi həyatı ilə bağlı indiyənə qədər heç bir yerdə yayımlanmayan faktlar izləyicilərə təqdim olunacaq.
Aktrisanın uşaqlıq, gənclik illərinin əhatə olunduğu "Bizim Nataşa" filmi rus, ispan, ingilis və portuqal dillərində yayımlanacaq.