“Uşaqların gözü ilə dünya” adlı konsert təşkil edilib

“Uşaqların gözü ilə dünya” adlı konsert təşkil edilib
4 iyun 2021
# 11:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi “Uşaqların gözü ilə dünya" adlı konsert keçirib.

Kulis.az xəbər verir ki, konsertdə əsas məqsəd uşaqların hüquqlarının müdafiəsi, hər bir uşağın üzərinə düşən hüquq və vəzifələrdən xəbərdar olmasıdır.

Konsertdə məktəbin müəllim və şagirdləri iştirak edib. Uşaqlar öz ifaları ilə həmyaşıdlarının bayramını təbrik ediblər. Konsert Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq, sanitar normalar gözlənilməklə şəhərimizin gözəl parklarından birində keçirilib.

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #