“Ulduz”un oktyabr nömrəsi nəşr olundu

“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
29 oktyabr 2020
# 19:28

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” ədəbiyyat jurnalının oktyabr nömrəsi işıq üzü görüb.

Jurnal oxucularını bu nömrədə jurnalın baş redaktoru Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm...” yazısı ilə salamlayır. Daha sonra jurnalın Ruzbeh Məmməd “özüylə söhbəti...”ni və şeirlərini təqdim edir.

"Nəsr”də Ruslan Mollayev "Divar”, Nur İşıq "Nanələr”, Əfsanə "Mənim robot anam”, Murad Muradov "Keşişlə söhbət” hekayələrini təqdim edir. “Ulduz” jurnalı ilə “525-ci” qəzetin birgə layihəsində nasir Rəşad Məcid, tənqidçi Məti Osmanoğlu, şair Elşən Əzimdir. “Şeir vaxtı”nda Xalid Mahmud, Rəsmiyyə Sabir, Ceyhun Aranlı, Qoşqar Qaraçaylıdır.

“Debüt” rubrikasında Amin Namazlı "Böyük əzablar şəhəri” hekayəsini, Aypara Ayxan şeirlərini təqdim edir. “Türk eli”ndə Sedat Dəlioğludur.

Kamran Nəzirli "Karantin hekayələri” silsiləsindən yeni hekayəsini təqdim edir.

"Tənqid” rubrikasında Elnarə Qaragözova “Zahid Sarıtorpağın mətnindən süzülənlər”dən yazır.

“Təbriz eli”ndə Pərvanə Məmmədli “Bütün uşaqların könül qapısını açan yazar”dan – Səməd Behrənginin yaradıcılığından söhbət açır.

“Dərgidə kitab”da şeirləriylə Fuad Cəfərlidir.

# 1950 dəfə oxunub

Müəllifin son yazıları

# # #