"Tom və Cerri"nin yaradıcısı vəfat etdi

"Tom və Cerri"nin yaradıcısı vəfat etdi
21 aprel 2020
# 11:52

Rəssam, rejissor, animator, "Tom və Ceri”nin yaradıcılarından biri Cin Deyç Praqada vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 95 yaşlı rejissorun ölüm səbəbi göstərilmir.

Qeyd edək ki, Cin Deyç “Tom və Ceri” çizgi serialının on üç hissəsini idarə edib, eyni zamanda “Papai Sailor” çizgi serialı üzərində çalışıb. Bundan başqa o, "Munroe", "Nudnik" və "Tom Terrific" cizgi filmlərini də yaradıcısı olub. 1960-cı ildə buraxılan qısa "Munroe" Akademiya mükafatını alıb.

# 4022 dəfə oxunub

Müəllifin son yazıları

# # #