“Son nəfəsədək Azərbaycan” romanı təkrar çap olundu

“Son nəfəsədək Azərbaycan” romanı təkrar çap olundu
21 aprel 2020
# 14:17

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Son nəfəsədək Azərbaycan” romanı təkrar nəşr olunub.

Kulis.az xəbər verir ki, ikinci dəfə nəşr olunan əsər arxiv materialları və tarixi sənədlərə istinadən yazılıb.

Roman ilk dəfə 2014-cü ildə - Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamına müvafiq olaraq çap edilib. Təkrar nəşr isə Məhəmməd Əmin Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun xatirəsinə ehtiram olaraq işıq üzü görüb. Kitaba “Ön söz”ün müəllifi Ədəbiyyat İnstitutunun əməkdaşı, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovadır.

“Ecoprint” nəşriyyatında çap olunan, 340 səhifədən ibarət əsər müəllifin 40-cı kitabı və üçüncü romanıdır. Romanda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycana göstərdiyi xidmətlər, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri və digər maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik lövhələr yer alıb.

# 1736 dəfə oxunub

Müəllifin son yazıları

# # #