“Şəhərin qış gecələri” tamaşası göstəriləcək

“Şəhərin qış gecələri” tamaşası göstəriləcək
11 mart 2020
# 12:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şəhərin qış gecələri” adlı tamaşa növbəti dəfə martın 31-də teatrsevərlərin ixtiyarına veriləcək.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.

# 1518 dəfə oxunub

Müəllifin son yazıları

# # #