"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, o, 42 yaşında bu gün vəfat edib.
Qrupun solistlərindən olan Ülvi Cəfərov axşam.az-a açıqlamasında bildirib ki, Tərlanın səhhətində heç bir problem olmayıb:
"Xəbəri indi almışam. Məscidə gəldim. Xəstə deyildi, nədən ölüb bilmirik. Ailəsi deyir ki, qəflətən oldu".
Qeyd edək ki, Tərlan eyni zamanda saz ifaçısı idi.