"Leyli və Məcnun"un modern versiyası çəkilir - Fotolar

"Leyli və Məcnun"un modern versiyası çəkilir - Fotolar
26 noyabr 2019
# 13:10

Azərbaycanda Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında yeni film çəkilir.

Kulis.az-a məlumat verən aktrisa Zülfiyyə Eldarqızı bildirib ki, İndoneziyanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə “Leyli və Məcnun” müasir versiyada təqdim olunacaq. Filmin çəkilməsində əsas məqsəd Azərbaycan və İndoneziya arasında mədəni əlaqələri genişləndirmək, daha da inkişaf etdirməkdir.

İndoneziyadan ölkəmizə gələn 40 nəfərlik heyət artıq bir neçə gündür Bakıda çəkilişlərə başlayıb. Ekran işində aktrisa Zülfiyyə Eldarqızı da rol alıb. Filmin azərbaycanlı ailə ilə bağlı hissələri Şamaxı rayonunun Dəmirçi kəndində çəkilib.

Aktrisanın sözlərinə görə, birgə layihələr xalqlarımız arasında mədəni əlaqələrin güclənməsinə müsbət təsir göstərir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya ilə Azərbaycanın diplomatik və mədəni əlaqələrinin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına nümunədir.

Qeyd edək ki, bu barədə adı çəkilən filmdə aktrisa Zülfiyyə Eldarqızı boşanmış qızın anası obrazını canlandıracaq.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #