"Instagram"da canlı yayım açan müğənninin maşını qatarla toqquşdu - Canlı yayımda öldü

"Instagram"da canlı yayım açan müğənninin maşını qatarla toqquşdu - Canlı yayımda öldü
20 avqust 2020
# 10:43

Rumıniyalı müğənni Tavi Pustiu yol qəzasında ölüb.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ifaçı sükan arxasında olan zaman “Instagram”da canlı yayıma çıxıb.

Onun idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə 29 yaşlı T. Pustiu hadisə yerində ölüb, onun həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Polis hadisənin dəmir yolu keçidində yol hərəkəti qaydalarına əməl olunmaması səbəbindən baş verdiyini açıqlayıb.

# 2207 dəfə oxunub

Müəllifin son yazıları

# # #