"O olmasın, bu olsun" 100-cü dəfə oynanıldı

"O olmasın, bu olsun" 100-cü dəfə oynanıldı
19 sentyabr 2024
# 12:53

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümə "Üzeyir Hacıbəyli həftəsi" layihəsi çərçivəsində “O olmasın, bu olsun” tamaşasının 100-cü nümayişi ilə başlayıb.

Teatrdan Kulis.az-a verilən məlumata görə, tamaşadan əvvəl səhnəyə çıxan Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev həm Milli Musiqi Günü, həm teatrın yeni mövsümünün açılışı, həm də tamaşanın yubileyi münasibətilə bütün teatrsevərləri təbrik edib.

O, “O olmasın, bu olsun” komediyasının yaranma tarixinə nəzər salaraq sonuncu quruluşundan keçən 26 il ərzində bu tamaşada rol almış mərhum sənətkarların da adlarını ehtiramla yad edib.

Tamaşanın quruluşçu rejissoru “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimova da Üzeyir dühasının Azərbaycan mədəniyyəti tarixindəki önəmli yerindən danışaraq onun Musiqili Teatrın repertuarını zənginləşdirən ölməz əsərləri sırasında özünün də quruluş verdiyi tamaşanın olmasından qürür duyduğunu bildirib. Məşədi İbad obrazını Xalq artistləri Hacıbaba Bağırov (1998-ci ildən) və Ramiz Məmmədovdan (2000-ci ildən) sonra, Əməkdar artist Şövqü Hüseynovun (2014-cü ildən) da məharətlə canlandırdığını vurğulayan Xalq artisti aktyoru və teatrın kollektivini tamaşanın yubileyi münasibətilə təbrik edib.

Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nadir Xasiyev, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Aydan Həsənova, Elməddin Dadaşov, Telnaz Hüseynova və başqaları çıxış ediblər.

# 3365 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər