Dekabrın 17-də Bakı Musiqi Akademiyasında ARB televiziyası “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsal etdiyi “Həyat sonatası” filminin təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, film musiqişünas, Azərbaycanın ilk qadın violonçel ifaçısı, Azərbaycanın əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin yaradıcılığı və pedaqoji fəaliyyətindən bəhs edir.
- Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
- Azərbaycanda çəkilmiş 10 MƏŞHUR XARİCİ FİLM
- Mənə zülm yaraşır - Bəxtiyar Vahabzadə
Tədbiri giriş sözü ilə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli açıb.
Daha sonra filmin qəhrəmanı Nəzmiyyə Abbaszadə qonaqlara təşəkkürünü bildirib.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatorları Əminə Həsənli və Anar Seyidov, montajçısı Pərviz Səlimov, filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.