Görsən üşüyürsən…yandır özünü - Qulu Ağsəs

Görsən üşüyürsən…yandır özünü - Qulu Ağsəs
3 noyabr 2023
# 17:20

Kulis.az Qulu Ağsəsin "Görsən üşüyürsən…yandır özünü…" şeirini təqdim edir.

Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş?körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…yandır özünü…

# 762 dəfə oxunub

Müəllifin son yazıları

# # #