"Hərb və sülh" filminin operatoru mənzilində ölü tapıldı

"Hərb və sülh" filminin operatoru mənzilində ölü tapıldı
17 fevral 2021
# 18:48

Sergey Bondarçukun “Hərb və sülh” filminin operatoru Avetis Zenyan vəfat edib.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, Bu barədə Zenyana həyat yoldaşı Qalina məlumat verib. O, bildirib ki, həyat yoldaşını yaşadıqları mənzildə huşsuz vəziyyətdə tapıb. Hadisə yerinə təcili yardım çağırılsa da Avetisin həyatını xilas etmək mümükün olmayıb. Avetis Zenyanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Avetis Zenyan məşhur sovet rejissoru Sergey Bondarçukun Lev Tolstoyun eyniadlı romanı əsasında çəkdiyi "Hərb və Sülh" filminin operatorlarından biri idi.

# 1411 dəfə oxunub

Müəllifin son yazıları

# # #