"Tanınmış ailənin övladlarından uzaq gəzirəm" - İlqar Xəyal

"Tanınmış ailənin övladlarından uzaq gəzirəm" - İlqar Xəyal
14 noyabr 2019
# 18:40

"Mən not bilən bəstəkarlara müraciət etmişəm, onları məcbur etmişəm"

Kulis.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Gün başladı” proqramında qonaq olan müğənni İlqar Xəyal söyləyib.

Musiqi sahəsindəki kommersiya mahnıları barəsində danışan sənətçi hər zaman dəbdə olan yox, not bilən bəstəkarlara müraciət etdiyini deyib:

“Hamı dəbdə olan bir bəstəkara müraciət edəndə, hansı ki, onun musiqi savadı olmayıb. Mən not bilən bəstəkarlara müraciət etmişəm, onları məcbur etmişəm. Sənət aləmində “çörək” sözü var. O sözü eşidəndə düşünürəm ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Qara Qarayev sənət əsərlərini “çörəy”ə görə hazırlayıb?”.

Dosltuq münasibətlərindən də söhbət açan İlqar Xəyal bildirib ki, adlı-sanlı, vəzifəli şəxslərin övladları ilə dostluq münasibətlərindən hər zaman qaçıb: “Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsilə hansısa vəzifəyə yüksələ bilərlər. Çalışırlar ki, prestijli insanların əhatəsində yaşasınlar. Dostlarım həmişə sadə insanlar olub. Adlı-sanlı, vəzifəli şəxslərin övladlarından həmişə kənar gəzmişəm. Onlardan öyrənəcəyim yekəxanalıqdan başqa heç nə olmayıb. Yalnız sədaqətli, səmimi insanlarla münasibət qurmuşam. Bu, şəxsi və sənət həyatımda da belə olub”.

# 3029 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #