“Havaların soyuması yoluxmanı artırırmı?” – Mütəxəssis rəyi

“Havaların soyuması yoluxmanı artırırmı?” – Mütəxəssis rəyi
12 noyabr 2020
# 10:30

“Havaların soyumasının koronavirusun yayılmasın heç bir təsiri yoxdur”

Bu sözləri Asan Radioya açıqlamasında tanınmış həkim Vasif Süleyman söyləyib. O, daha sonra əlavə edib:

“Onu deyim ki, əslində “soyuqdəymə” deyilən bir xəstəlik yoxdur. Bu, xalqın uydurduğu əfsanədir. Ona görə də fikrimin üstündə qalıram ki, əsas məsələ elə koronavirusa yoluxmamaqdır. Soyuqdan xəstələnməmək üçün başqa bir şey eləmək lazımdı, COVİD-19 virusuna yoluxmamaq üçün isə başqa şey... Ümumiyyətlə, xəstələnməmək üçün ilk olaraq tərləməməyə çalışmaq lazımdır.

Biz soyuq olduğu üçün xəstələnmirik, tərlədiyimiz üçün xəstələnirik. Soyuq havalarda çox qalın geyinirik və buna görə tərləyərik, sonra əynimizdəki qalın paltarı çıxaranda özümüzü külək cərəyanına veririk ki, bu da daxili orqanlarımızda, əzələlərimizdə mənfi dəyişikliklərin yaranmasına səbəb olur. Buna görə də xəstələnməmək üçün elə geyinməliyik ki, tərləməyək. Koronavirusa yoluxmamaq üçün isə ən əsas olan şey hər kəslə sosial məsafəni qorumaqdır.”

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #