“Eurovision-2021” müsabiqə təşkil edir

“Eurovision-2021” müsabiqə təşkil edir
3 aprel 2021
# 10:12

Mayın 18-22-də Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision-2021” mahnı müsabiqəsinin məhdud sayda kütlənin iştirakı ilə təşkil edilməsi planlaşdırılır.

Kulis.az xəbər verir ki, bu barədə Niderland Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Niderland hökuməti “Eurovision-2021” mahnı müsabiqəsini məhdud sayda tamaşaçının iştirakı ilə təşkil edərək koronavirusa yoluxma riskini qiymətləndirməyi nəzərdə tutur. Maksimum 3500 tamaşaçının iştirakı ilə 9 konsert planlaşdırılıb. Ancaq tamaşaçıların koronavirus testinin cavabı mənfi olmalıdır.

“Sahə laboratoriyası” kimi qiymətləndirilən bu praktiki sınaq COVID-19 pandemiyasına baxmayaraq, belə böyük tədbirlərin ictimaiyyətin təhlükəsizliyini təmin etmək baxımından necə keçəcəyini öyrənmək məqsədi daşıyır.

Bununla belə, hökumət koronavirusa yoluxma səviyyəsi artdığı təqdirdə, “Eurovision-2021” mahnı müsabiqəsini tamaşaçıların iştirakı olmadan keçirilməsinə dair qərar qəbul edə bilər. Qarşıdan gələn həftələrdə daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, hər il milyonlarla tamaşaçını bir araya gətirən “Eurovision” mahnı müsabiqəsi 2020-ci ildə pandemiyaya görə tarixdə ilk dəfə təxirə salındı.

# 1764 dəfə oxunub

Müəllifin son yazıları

# # #