"Eurovision 2020" təxirə düşə bilər

"Eurovision 2020" təxirə düşə bilər
28 fevral 2020
# 10:07

"Eurovision 2020" beynəlxalq musiqi yarışması təxirə düşə bilər.

Kulis.az xəbər verir ki, son günlər dünyanı qorxuya salan koronavirus səbəbindən Niderlandın paytaxtı Roterdamda keçiriləcək müsabiqə təşkilatçıları ya tarixin dəyişdiriləcəyini, ya da müsabiqənin keçirilməsini ləğv edəcəyini açıqlayıb.

Mayın 12-də başlaması planlaşdırılan "Eurovision 2020" təşkilatçıları qeyd ediblər ki, əgər maya qədər koronavirus təhlükəsi səngiməsə, musiqili yarışma baş tutmayacaq.

Qeyd edək ki, "Eurovision 2020"nin "Rotterdam Ahoy" konsert zalında keçirilməsi planlaşdırılıb. Yarışmanın şüarı isə "Open up!"dır (Açıl).

Sentyabrda Azərbaycanın bu il də müsabiqədə təmsil olunacağı rəsmi olaraq təsdiqlənib. Yarışmada ölkəmizi təmsil edəcək ifaçının adı isə hələ ki, ictimaiyyətə açıqlanmayıb.

# 1782 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #