“Bizdə riyakarlıq ana bətnində yaranır” - Erməni ziyalılar öz xalqını necə ifşa etdi?

“Bizdə riyakarlıq ana bətnində yaranır” - Erməni ziyalılar öz xalqını necə ifşa etdi?
4 noyabr 2020
# 15:12

Əsrlərdir mahnılarımızı, tarixi abidələrimizi, dastanlarımızı, bayatılarımızı, mətbəximizi, torpaqlarımızı oğurlayıb özününküləşdirməyə çalışan erməni xalqı haqqında əsl həqiqətləri elə onların öz şairləri, yazıçıları, tarixçiləri, alimləri söyləyir. Kulis.az tanınmış erməni ziyalılarının öz xalqı haqqında yazdığı faktları təqdim edir.

Tanınmış erməni şairi Yeqişe Çarens: “Bizdə riyakarlıq ana bətnində olarkən yaranır”.

Tanınmış şair və yazıçı Ovanes Tumanyan: “Həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”. (O. Tumanyan "Seçilmiş nəsrlər", s. 201, İrəvan, 1977)

Tanınmış erməni tarixçisi Qevorq Aslan: “Ermənilərdə dövlətçilik olmamışdır. Onlar vətən hissi və siyasi bağlarla bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlıdır”. ("Ermənistan və ermənilər", 1914)

Tanınmış tarixçi alim, ermənişünas K.Patkanyan: “Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar. Bu, siyasi termin yox, ayrı-ayrı erməni məskənlərinin səpələndiyi coğrafi vilayətin adıdır. Ermənilər həmişə yaşadığı torpaqların pis sahibləri olmuşlar, ancaq onlar çox məharətlə öz yaxınlarını sataraq güclülərə xidmət göstərmişlər...”. ("Van yazıları və onların Kiçik Asiya üçün əhəmiyyəti” 1875).

Folklorşünas Perç Proşyan: “Erməni kişilər türk bayatılarını dinləyib türkcə ağlayırlar, qadınlar isə öz iniltiləri ilə onları müşayiət edirlər"

Tanınmış ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik Manuk Abeqyan: “...erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”. («История армянской литературы», Ереван, 1975)

Erməni tarixçisi N.Pastermacyan: “Erməni tarixi Haykın və onun xalqının Ermənistana gəlib çıxmasını e.ə. 2200-cü ilə aid edir və onların e.ə. 800-cü ilə qədər bir-birini əvəzləmiş dini rəhbərlərinin və çarlarının siyahısını göstərir. Müasir elm bu uydurmanı təsdiq etmir. Xalqlar fərdlərdən fərqli olaraq öz yaşlarını artırmağı sevirlər...”

Müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq Xaçatur Abovyan: “Bizim xalq danışıq dilində nəinki Azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir”. (H. Abovyan, Tam əsərlər toplusu, V cild, İrəvan, Red. AN qol. 1950).

Tanınmış folklorşünas E.Arustamyan: “Azərbaycan atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, onların dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir”. (E. Arustamyan, "Azərbaycan və erməni atalar sözləri və deyimlərinin ümumi xüsusiyyətləri").

Tanınmış folklorşünas, akademik A.T.Qanolanyan: “Kefi konne, kandi koxvini”, “Bir ili u pir ili” və “Həsən keçəl, keçəl Həsən” – müvafiq Azərbaycan atalar sözlərinin (“Kef sənindir, kənd kovxanın”, “Bir olsun, pir olsun”, “Ya Həsən keçəl, ya keçəl Həsən”) erməniləşdirilmiş variantlarıdır. Yuxarıda deyilənlər, hər şeydən öncə onunla təsdiqini tapır ki, nümunə göstərilmiş üç atalar sözünün hər biri erməni və azərbaycanlıların birgə yaşadıqları (Qarabağ, Zəngəzur) regionlarında və ya Azərbaycanın sərhəd rayonlarında meydana gəlmişdir. Bu da bir sübutdur ki, atalar sözlərindəki “kənd, bir, pir” (yaxşı, düz) sözləri, xüsusən də Həsən adı erməni dilində ayrılıqda işlənmir, bu sözlər Azərbaycan dilindən gətirilmişdir”. (A.T Ganolanyan, "Proverbs", İrəvan, AN e., 1955, s. 34).

Dini xadim, folklor toplayan və naşir Trdat Balean: “Aşıq alətlərinin adları türkcədir – saz, santur, kaman, yaxud kamança, bağlama”.
“Hətta şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs səmai, naxşikar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.”
“...ermənilər ancaq türkcə oxuyurlar”, “...ermənilərin mahnı ilə dastanları yoxdur”. (Erməni aşıqları. Kolleksiyaçı Tridat Balean. I cild, İzmir, Mamuryan Nəşriyyatı, 1911, s. 9-10).

Tanınmış ədəbiyyatşünas S. Palasanyan: “Bizim mahnıların motivləri fərqlənir ...və ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik”. (S. Balasanyan, "Erməni melodiyaları", Sankt-Peterburq, 1868).

M.Nalbandyan: “... Buna baxmayaraq, əksər musiqi və nəğmələr türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”. ("Qədim şeirlər və melodiyalar haqqında", Əsərlərin tamamı, I cild)

Xalq musiqisinin toplayıcısı S.P.Məlikyan: “Erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığınıdır”. (M. Muradyan, "XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən").

# 2555 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #