“Bir əsərin tarixçəsi” layihəsi davam edir

“Bir əsərin tarixçəsi” layihəsi davam edir
3 iyul 2021
# 17:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı “Bir əsərin tarixçəsi" layihəsini davam etdirir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində kitabxana Ernest Heminqueyin “Əlvida, silah” əsəri haqqında izləyicilərə məlumat verib.

Bildirilib ki, yazıçı Birinci Dünya müharibəsində italyan cəbhəsində iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. Avtobioqrafik səciyyə daşıyan “Əlvida, silah!” üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.

Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə “Savaşda eşq”, “Gözoxşayan”, “Vaxt da yetər, sülh də”, "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, “Əlvida, silah!” adının üstündə dayanıb. Əsər Üçüncü Reyx tərəfindən qadağan olunub.

Yazıçı 1958-ci ildə “The Paris Review” jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunub. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetiriblər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyiblər.

# 2150 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #