“Arşın mal alan” Düşənbədə təqdim olundu

“Arşın mal alan” Düşənbədə təqdim olundu
19 yanvar 2021
# 14:38

Tacikistan paytaxtındakı Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimatda Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Səhnə əsərinin rejissoru Tacikistanın Xalq artisti Şavkat Xalilov, quruluşçu rəssamı Baxrom Safoyevdir.

Rolları Şarofat Usmanzoda, Seyfulla Yusupov, Kurbanmurad Zakirov, Şuxrat Safarov, Munzifo İsoyeva, Mariya Mirzoyeva, Manija Nazarova ifa ediblər.

Tamaşa anşlaqla keçib.

# 1416 dəfə oxunub

Müəllifin son yazıları

# # #