9 yaşlı qız “Oskar” ala bilər

9 yaşlı qız “Oskar” ala bilər
11 yanvar 2013
# 12:21

Amerika Kino Akademiyası “Oskar” mükafatının nominantlarını açıqlayıb. Stiven Spilberqin “Linkoln” tarixi dramı nominasiyaların sayına görə liderdir. Film 12 müxtəlif nominasiyada mükafatı, həmçinin “ilin ən yaxşı filmi” adını qazana bilər. “Ən yaxşı film” nomnasiyasına “Linkoln”dan başqa 8 ekran əsəri də iddialıdır: Kventin Tarntinonun “Azad olunmuş Canqo”, Enq Linin “Pinin həyatı”, Ben Zaytlinin “Vəhşi cənub heyvanları”, Devid Rasselin “Sevgilim psixdir”, Ben Afflekin “Arqo əməliyyatı”, Tom Xuperin “Səfillər”, Ketrin Biqelounun ”Bir nomrəıli məqsəd” və Mixael Hanekenin “Sevgi” filmləri.

“Ən yaxşı aktyor” nominasiyasında Daniel Day Levis (“Linkoln”), Denzel Vaşinqton (“Ekipaj”), Hyu Cekman (“Səfillər”), Bredli Kuper (“Sevgilim psixdir” ), Hoakin Fenkis (“Usta”) mübarizə aparacaq.

“Ən yaxşı aktirsa” nominasiyasında adları açıqlananlar isə bunlardır: Naomi Uotts (“Qiyamət günü”), Cesika Çesteyn (“Bir nomrəli məqsəd”), Cennifer Lourens (“Sevgilim psixdir”), Emmanuel Riva (“Sevgi”), Kvinzan Uollis(“Vəhşi cənub heyvanları”).

Qeyd edək ki, Uollisin 9 yaşı var və o, Oskar tarixində bu mükafata namizəd olan ən gənc aktrisadır.

# 2793 dəfə oxunub

Müəllifin son yazıları

# # #