İsveçin əfsanəvi “ABBA” qrupu 2021-ci ildə beş yeni mahnı ilə dinləyicilərini sevindirəcək.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, prodüser Ceff Lyoldun sözlərinə görə, bu yaxınlarda qrupun üzvlərindən olan Bjorun Ulvaeus ilə Zoom vasitəsilə danışıqlar aparıb. Bildirilib ki, qrup keçən ilin sonunda buraxılması planlaşdırılan beş yeni mahnının təqdimatı texniki çətinliklər və koronavirus pandemiyası səbəbiylə təxirə salınıb.
Qeyd edək ki, qrup son albomunu 1982-ci ildə buraxıb. “ABBA”nın “Waterloo” mahnısı Avroviziya Mahnı Müsabiqəsi tarixindəki ən yaxşı mahnı adına layiq görülüb.