Hitlerin kitabının elmi buraxılışı hazırlandı

Hitlerin kitabının elmi buraxılışı hazırlandı
14 yanvar 2021
# 19:11

Polşada Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") kitabının elmi buraxılışı çapa hazırlanır.

Kulis.az xəbər verir ki, ilk belə buraxılış 2016-cı ildə Almaniyanın Münhen universiteti tərəfindən yəhudi mərkəzi şurasının razılığı ilə hazırlanmışdı

Kitabın Polşa dilinə tərcüməsini tarixçi və politoloq Yevqeniuş Krul edib. O, kitab üzərində 3 il işləyib.

Nəşriyyatdan bildirilib ki, kitabın reklamı edilməyəcək və kütləvi auditoriya üçün qiyməti çox yüksək olacaq.

# 1677 dəfə oxunub

Müəllifin son yazıları

# # #