Üç dəfə infarkt keçirən, qəbri açılan, kəfənini cıran Xalq artisti - Gülşən Qurbanova

Üç dəfə infarkt keçirən, qəbri açılan, kəfənini cıran Xalq artisti - Gülşən Qurbanova
11 dekabr 2024
# 17:31

Həyatının hər günü o qədər aktiv və dolu imiş ki, buna heç bir ürək tablamazdı. Hər dəfə ürəyi ağrıyanda xəstəxanada yatır, amma on gündən artıq qalmırmış. Həkimlər deyirmiş, vəziyyət ciddidir, səhnəyə olmaz. Amma elə o, oradan səhnəyə çıxırmış. Bəlkə də o enerjini daşımaq çətin idi ürəyinə.
İşinin peşəkarları olan aktyorlar bir qayda olaraq tamaşaya iki saat hazırlaşırdılasa, Gülşən Qurbanova elə bu dəqiqə çıxıb oynaya bilərdi. Onun üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf-müqabillərini inanılmaz həssaslıqla hiss edirdi. Səhnəyə çıxanda elə bil özündən personaj yaradırdı. Dramatik rolu da asan oynayırdı. Heç kim bilməzdi ki, az əvvəl bu adam ürəkdən şaqqanaq çəkib gülürdü.

Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Orta təhsilini 175 saylı məktəbdə rus dilində alıb. 15 yaşında kitabxanaçılıq texnikumunu bitirdikdən sonra TV-də rejissor assistenti işləməyə başlayır. 1974-cü ildə Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini başa vurub Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olur.

Kulis.az Xalq Artisti Gülşən Qurbanova haqqında maraqlı faktları təqdim edir.

# 485 dəfə oxunub

Müəllifin son yazıları

# # #