Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi
20 noyabr 2020
# 17:20

Mədəniyyət Nazirliyinin başlatdığı “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qargabazar məscidinə həsr edilib.

Qargabazar məscidi Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib, hicri təqvim ilə 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur.

Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.

1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılıb.

# 2283 dəfə oxunub

Müəllifin son yazıları

# # #