Sənsizlik-oxşarını axtarmaq

Sənsizlik-oxşarını axtarmaq
22 iyul 2014
# 07:21

Əyyub Məmmədov

Sənsizlik elə bir zərbə vurub ki,
Çətin mən özümü toplaya biləm
Yanmış, qurumuş budaq kimiyəm
Sanma ki, bir daha çiçəkləyəm mən

Sən elə getdin ki, izin qalmadı
Bircə təsəlliyçün rəsmin qalmadı
Özünlə birlikdə alıb apardın
Baxıb düşünməyə bir şey qalmadı

Parkda, küçədə, geniş meydanda
Dolaşıb hər yerə nəzər salıram
Bəlkə oxşarın, bənzərin çıxar
Yalançı xəyallar yaşamaq üçün

İlahi nə edim, necə ovunum
Belə yaşamaqdan nə ilham alım
Mümkünmü onsuz tənha yaşayım
Göz yaşlarımda boğulub qalım

Vaxtsız yaşlanıram, bükülür belim
Dərd-sərim tükənmir qarışıb beynim
Görəsən nə olacaq mənim taleyim?
Sənsizlik əbədi qismətim mənim

# 2452 dəfə oxunub

Müəllifin son yazıları

# # #