Opera Studiyasının səhnəsində rejissor Hafiz Quliyevin quruluşunda “Arşın mal alan” operettasının premyerası olub.
Kulis.az xəbər verir ki, tamaşa Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının açılış mərasimində baş tutub.
Tamaşada rolları gənc opera müğənniləri Aysu Əliyeva, Rauf Məmmədzadə, Röya Əliyeva, Şaxirə Rzayeva ifa ediblər. Cahan xala rolunu Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, Sultanbəy rolunu ölkənin Əməkdar artisti, opera teatrının solisti Fərid Əliyev, Vəli rolunu respublikanın Əməkdar artisti, opera teatrının artisti Tural Ağasıyev, Əsgər rolunu vokalçı, Yuğ teatrının aktyoru Vüqar Hacıyev ifa ediblər.
Qeyd edək ki, II Beynəlxalq Opera Festivalı aprelin 29-dək davam edəcək.