Kulis.az gənc şair Amil Baycanın yeni şeirlərini təqdim edir.
Gəl
Bilməzdim illər belə tez keçəcək,
Bilməzdim hər şey belə dəyişəcək,
Xatirələr qalıb ötən illərdən,
Bil, xatirələr də bizdən küsəcək.
- Məşhur adamla öpüşmək tapşırığı –OPTİMİZİM MEYLİ
- “YUĞ” Teatrının şimal rayonlarına qastrolu başa çatıb
- Onun sənət və həyat prinsipləri - Elçinin doğum gününə
On ili tamam elədik, bilirsən?
Nə sən varsan, nə mən, nə də sevgimiz.
On ildə çox uzaqlaşdıq deyəsən,
Sındı ümidimiz, itdi sevgimiz.
Hər səsin gələndə titrəyən cismim,
İndi ölü bir meyiddir, bilirsən?
Quruyubdur dilim, batıbdır səsim,
Son nəfəsimdir gəl, gələ bilərsən?
Məhəbbətimsən
Ən yeni arzular kimi təzəsən,
Sən həm həm keçmişim,
həm də bu günümsən.
İlk istəyim, sevgim, məhəbbətimsən.
De, necə qaytaraq ötən illəri?
Çoxdan düşmüşük
sevginin gözündən,
Dərdimiz ayrı, sevincimiz ayrı.
Xəyal kimi keçir gözüm önündən
O illərin unudulmaz anları...