Dünya sənətçiləri etiraz etdi: YUĞ teatrı sökülməsin! – VİDEO

Dünya sənətçiləri etiraz etdi: YUĞ teatrı sökülməsin! – <span style="color:red;">VİDEO
21 yanvar 2016
# 12:38

Dünyanın müxtəlif ölkələrində yaşayan sənət adamları YUĞ teatrının binasının sökülməsinə etiraz edib. Kulisin məlumatına görə etiraz edənlər arasında Hollandiyadan kino-ssenarist Roelof Jan Mineboo, Misirdən aktrisa Nora Amin, Dominikan Respublikasından aktrisa Karina Noble, Amerikadan teatrşünas Zarif Bakir, Türkiyədən aktyor Sərhat Yiğit, Ankara Dövlət teatrının aktyoru və rejissoru Murad Çidamlı, eyni teatrını başqa aktyorları Suat Qarausta, Ərdinç Doğan da var.

YUĞ-un binasının sökülməsinə etiraz edənlər arasında xarici sənət adamları ilə yanaşı azərbaycanlı aktyorlar Kamal Yaşar, Rövşən Məmmədov, Rasim Məmmədov, Nihad Qulamzadə, rejissor Elvin Adıgözəl, Cavid Təvəkkül, Natiq Axund, Litvada yaşayan rejissor Ru Hasanov, aparıcı Murad Əzimzadə, “Oda” teatrının direktoru və aktyoru Elmin Bədəlov, fransız aktrisa Elza Furtado, yazıçı Mirmehdi Ağaoğlu da var.

Video çəkərək etirazlarını bildirən sənətçilər YUĞ-un binasının təkcə teatr binası olaraq deyil, həm də tarixi abidə kimi qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının əsası 1989-cu ildə oktyabrın 18-də Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. 1993-cü ildə Dövlət Teatrı statusu verilib. 2003-cü ildə isə YUĞ Teatrı Bakı milyonçusu Murtuza Muxtarovun adını daşıyan küçədəki köhnə hamamın binasına köçürülüb. Teatrın adı türklərin qədim yuğlama mərasimlərindən götürülüb. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub. Hazırda teatrın direktoru Tərlan Rəsulov, baş rejissoru Gümrah Ömərdir. Teatr binası kiçik foye və bir neçə otaqdan ibarətdir.

Xatırladaq ki, hazırda YUĞ teatrının fəaliyyət göstərdiyi bina XIX əsrdə inşa olunub. Əvvəllər hamam kimi fəaliyyət göstərib. Bir neçə gün bundan əvvəl həmin binanın Bakı şəhərinin baş planına uyğun olaraq söküləcəyi haqda məlumat yayılıb. Lakin Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Memarlıq İnstitutunun Tarixi Abidələri Qoruma şöbəsi binanın sökülməsinə qol çəkməyib.

# 1739 dəfə oxunub

Müəllifin son yazıları

# # #