Məşhur rejissor karantinə görə filmi evində çəkdi

Məşhur rejissor karantinə görə filmi evində çəkdi
6 aprel 2020
# 20:00

Məşhur rejissor Deyvid F. Sandberq, koronavirus epidemiyasına görə elan olunan karantin günlərində evində qorxu filmi çəkib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Şahzam” filminin rejissoru Deyvid F. Sandberq evindəki imkanlarla “Şaduvid” adlı üç dəqiqəlik qorxu filmi çəkib. Filmdə rejissorun həyat yoldaşı, aktrisa Lotta Losten rol alıb.

Sıfır büdcəli yeni filmdə Sandberq evindəki işıqlardan istifadə edib, bəzi səhnələr üçün qaranlıq bucaqları seçib. Filmdəki səssizlik ani səs partlamaları ilə bölünür.

Filmdə Lostenin obrazı evdə tək olmadığını anladığı üçün, həm real, həm də xəyali kölgələr ilə qorxudulur.

# 2146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #