Azərbaycanlı aktrisa: “Fiziki qüsurlular övlad sahibi olmamalıdır”

Cəmilə Tağızadə, aktrisa

Cəmilə Tağızadə, aktrisa

17 avqust 2022
# 16:11

"Bəlkə də, bu sözlərimə görə çoxları məni qınayacaq, amma yenə də öz səmimi fikirlərimi yazacam. Mənə görə maddi vəziyyəti aşağı olan insanlar çox uşaq sahibi olmamalıdır, fiziki və psixoloji problemləri olanlar isə, ümumiyyətlə, övlad sahibi, ailə sahibi olmamalıdır”.

Kulis.az xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağızadə bildirib. O, fiziki qüsurlu şəxslərin uşaq dünyaya gətirməsinin düzgün olmadığını vurğulayıb:

"Belə olan ailədə dünyaya gələn uşaqlar sözün əsl mənasında “itin zülmündə” böyüyür, bu həyatda heç nə görmür: nə normal yemək, nə geyim, nə təhsil, nə də tətil nədir bilirlər. Hər kəs ailə və övlad sahibi olacaq deyə bir şey yoxdur.

Fiziki qüsurlu insanları evləndirib fiziki qüsurlu uşaqları dünyaya gətirmək nəyin məntiqidir? Yazıq deyil, o uşaqlar?! Həmçinin də ailə məsuliyyəti olmayanlar da ailə sahibi olmamalıdır. Ailə və uşaq fədakarlıq istəyir. Fədakar olmayacaqsınızsa, özünüzə və ailə üzvlərinizə zülm etməyin. Gedin, yeyib-için, gəzin həyatınızı yaşayın".

Qeyd edək ki, Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə ailə həyatı qurub. Cütlüyün bir oğul övladı var.

# 2584 dəfə oxunub

Müəllifin son yazıları

# # #