Son illər çəkilən hansı filmlərimiz yaxşıdır? – SORĞU

Son illər çəkilən hansı filmlərimiz yaxşıdır? – <span style="color:red;">SORĞU
2 avqust 2016
# 18:07

Bu gün Milli Kino günüdür. Azərbaycanın müstəqillik dövründə çəkilən filmlər arasında hansılar fərqlənir? Kulis.Az rejissor və kinoşünaslardan bu barədə münasibət öyrənib. Cavabları təqdim edirik.

Kinoşünas Sevda Sultanova: “Müstəqillik illərindən bəri çəkilən filmlərdən zaman-zaman yazıram. Amma məni daha çox maraqlandıran son illərdə çəkilən filmlərdir. Xüsusən dövlət büdcəsindən maliyyələşən filmlər. Təəssüf ki, bu filmlər arasında keyfiyyətlisi, ortaya çıxarılası ekran əsərləri çox azdır. Onlar haqda da yazmışam. Keyfiyyətsiz filmlər isə üstünlük təşkil edir. Bu da nazirliyin kino şöbəsinin, “Azərbaycanfilm” kinostudiyasının yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu məmurlar nəhayət, hesabat verməlidirlər ki, niyə milli kino bərbad vəziyyətdədir? Mən əlbəttə onları Milli Kino Günü münasibətilə təbrik eləmək istərdim. Amma təbrik eləmək qəlbimdən gəlmir. Çünki onları təbrik eləmək üçün heç bir səbəb tapa bilmirəm. O ki qaldı, son illərdə müstəqil maliyyə ilə çəkilən filmlərə, onlardan daha çox diqqətəlayiq olan “Buqələmun”un və “Pərdə” filmlərinin adını çəkə bilərəm”.

Rejissor Əlisa Cabbarov: “Nabat”, “Axınla aşağı”, “Özgə həyat” (Hüseyn Mehdiyev), “Hər şey yaxşılığa doğru”, “Tabutçunun yellənçəyi”, “Buta”, “Sarı gəlin”, “Ondan yaxşı qardaş yox idi”, “Kuklalar”, “Günaydın mələyim”.

Rejissor Fehruz Şəmiyev: “Axınla aşağı”, “İlahi məxluq”.

Rejissor Tahir Tahiroviç: “Müstəqillik dövründə çəkilən filmlərdən ən çox Hüseyn Mehdiyevin “Özgə həyat” filmini daha çox bəyənirəm. Daha sonra Çingiz Rəsulzadənin “Kuklalar” filmini bəyənirəm. Bir də son zamanlar ən çox sevdiyim film Asif Rüstəmovun “Axınla aşağı” filmidir”.

Kinoşünas Aliyə: “Axınla aşağı”, “Buqələmun”, “Müqəddəs inək” filmləri üslubuna və mövzuya yanaşma bucağına, ideya həllinə görə fərqlənir məncə. Bir çox filmlərimiz üçün ənənəvi olan qəhrəmanlıq pafosu, şüarçılıq, müəllifin başqalarını batıran səsi -yəni müəllif avtoritarizmi yoxdur onlarda”.

# 2843 dəfə oxunub

Müəllifin son yazıları

# # #