Aktyor serialın hər bölümünə 280 min tələb edib

Aktyor serialın hər bölümünə 280 min tələb edib
29 iyun 2018
# 11:06

Məşhur türk aktyor Kıvanc Tatlıtuğ “Prison Break” serialının türk versiyasına çəkiləcək.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, aktyor serialın məşhur qəhrəmanı olan Michael Scofield obrazını canlandıracaq.

Kıvanc Tatlıtuğ Fox TV-də yayımlanacaq serialın hər bölümü üçün 280 min türk lirəsi tələb edib.

Xatırladaq ki, aktyor Yılmaz Ərdoğanın 13 il fasilədən sonra çəkilişlərini davam etdirdiyi “Organize İşler 2: Sazan Sarmalı” filmində də rol alacak.

# 1140 dəfə oxunub

Müəllifin son yazıları

# # #