Məşhur rus yazıçısı vəfat etdi

Məşhur rus yazıçısı vəfat etdi
2 noyabr 2017
# 16:46

Məşhur yazıçı Vladimir Makanin vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış Sovet və rus yazıçısı Vladimir Makanin 81 yaşında dünyasını dəyişib.

Son vaxtlar yazıçı ağır xəstəlikdən əziyyət çəkirdi. Makanin 3 noyabrda öz evindən elə də uzaq olmayan kənd qəbiristanlığında dəfn olunacaq.

Vladimir Makanin bir çox yerli və xarici mükafatların qalibidir. Əsərləri fransız, italyan, ispan, ingilis, yapon, çin dillərinə tərcümə olunub və dünyanın bir çox yerlərində kitabları nəşr edilib.

“Səs”, “Qaçan vətəndaş”, “Antilider”, “Qafqaz əsiri” kimi əsərləri ilə məşhurdur.

# 950 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #