Bu gündən Venesiya kinofestivalı başlayır - Proqram

Bu gündən  Venesiya kinofestivalı  başlayır - Proqram
28 avqust 2019
# 18:31

Bu gün 76-cı Venesiya kinofestivalı öz işinə başlayır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, açılış mərasimində yaponiyalı rejissor Xirokadzu Koreedanın “Həqiqət” adlı filmi göstəriləcək.

Qonaqların arasında baş rolda oynayan aktrisalar Katrin Denev və Julyet Bino iştirak edəcək. Aktyorlardan Bred Pitt, Conni Dep və əfsanəvi “Rolling Stones” qrupunun vokalçısı Mik Cagerin də gəlişi gözlənilir.

Festivalda 21 ekran əsəri nümayiş olunacaq. Proqramda tanınmış rejissorlardan Roman Polanskinin “Mən ittiham edirəm”, Tod Filipsin “Coker” filmi, Meril Strip və Antonio Banderasın oynadığı “Camaşırxana” filmləri var.

Xatırladaq ki, baş mükafatı “Qızıl şir” olan festivalın bağlanış və mükafatlandırma mərasimi sentyabrın 7-də baş tutacaq.

# 2264 dəfə oxunub

Müəllifin son yazıları

# # #