Aktrisa planetin ən gözəl qadını oldu

Aktrisa planetin ən gözəl qadını oldu
25 aprel 2019
# 10:24

People jurnalının versiyasına görə, planetin ən gözəl qadını amerikalı aktrisa Cenifer Qarnerdir.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, jurnal aktrisanın fotosunu üz qabığına verib.

Aktrisa Hollivud filmlərinə çəkilməklə yanaşı Once Upon a Farm adlı orqanik məhsullar istehsal edən şirkətə rəhbərlik edir və uşaqları qoruma təşkilatına üzvdür.

Bundan başqa 47 yaşlı aktrisa üç uşaq anasıdır.

Ceniffer Qarner aktrisa və prodüserdir. O, “Perl-Harber” “Bacarsan tut məni”, “Dallas istehlakçılar klubu” və “Müqəddəs Valentin günü” 2005-2017-ci illərdə Ben Affleklə evli olub.

# 2177 dəfə oxunub

Müəllifin son yazıları

# # #